
Qalan növlər / Gündəm
28.09.2024, 14:44
“Qarabağ”ın oyununda bolqar hakimlər
Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokubok oyunlarına təyinatlar açıqlanıb.
Forvard.az xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsinin matçları Bolqarıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.
Lüksemburq təmsilçisi “Differdanj”la qarşılaşmaları Svetoslav Yonçev və Zvezdelin Yonçev idarə edəcəklər. Oyunların EHF nümayəndəsi türkiyəli Kenan Sivrikaya olacaq.
Qeyd edək ki, oktyabrın 5-də və 6-da baş tutacaq matçlar Bakıdakı AHF Arenada təşkil olunacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay