
Yannik Sinner cəzadan sonra kortlara qayıdır
İtaliyanın dünya bir nömrəli tennisçisi Jannik Sinner, üç aylıq dopinq cəzasını başa vurduqdan sonra kortlara qayıtmağa hazırlaşır.
Forvard.az xəbər verir ki, 23 yaşlı ulduz idmançı, fevral ayında dopinq testindən keçə bilməmiş və nəticədə müvəqqəti cəzalandırılmışdı. İlkin tribunalın onun xeyrinə qərar verməsinə baxmayaraq, Sinner məsuliyyəti qəbul edərək qısa müddətli cəzanı qəbul etmişdi.
Cəzası 4 may 2025 tarixində başa çatacaq və Sinner, 7 mayda start götürəcək Roma Masters turnirində iştirak etməyi planlaşdırır. Hazırda o, intensiv məşqlərə başlayıb və əsas hədəfi mövsümün ikinci "Grand Slam" turniri olan Fransa Açıqa (Roland Garros) tam hazır vəziyyətdə qatılmaqdır.
Sinner verdiyi açıqlamada bildirib: "İlk matçlar asan olmayacaq, amma məşqlərdə özümü yaxşı hiss edirəm və tez bir zamanda ritmimi bərpa etməyə çalışıram. Kortlara qayıtmaq üçün səbirsizlənirəm."
Jannik Sinner-in qayıdışı tennis dünyasında böyük maraqla gözlənilir, xüsusilə də onun dünya bir nömrəsi statusunu qoruyub saxlamaq uğrunda mübarizəsi fonunda ciddi hesab edilir.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay