
Futbol / Manşet / Gündəm
28.09.2024, 13:11
“Sumqayıt" rəhbərliyi “Neftçi" ilə oyunda yüksək məbləğdə mükafat vəd edib: ÖZƏL
"Sumqayıt"bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi"nin qonağı olacaq.
Forvard.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Neftçi" üzərində qələbəyə görə yüksək məbləğdə mükafat vəd verib.
“Kimyaçı"lar qalib gələrsə hər bir əsas heyət üzvünə 3 min manat mükafatın verilməsi nəzərdə tutulub.
"Sumqayıt" hazırda 6 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb. "Neftçi" isə cədvəldə 4 xalla axırdan ikinci yeri tutur.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı saat 19:30-da "Neftçi Arena"da start götürəcək.
Ədalət təmsilçiləri Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə olacaq.
Amil Babayev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay