
"Bayern Münhen"in növbəti "10 nömrəsi"
"Bayer Leverkusen"in 21 yaşlı yarımmüdafiəçisi Florian Virtz, "Bayern Münhen", "Manchester Siti", "Real Madrid", "Arsenal" və
"Liverpul" kimi Avropanın aparıcı klublarının maraq dairəsindədir.
Forvard.az xəbər verir ki, Virtzin atası və eyni zamanda agenti Hans Virtz, oğlunun "Bayern Münhen"ə keçidini dəstəkləyir və bu transferi təbii bir addım kimi görür. "Bayern Münhen", Virtzə komandanın gələcəyində baş rol təklif edir və onun "10 nömrə" mövqeyində əsas oyunçu olmasını planlaşdırır. Bununla belə, Virtz özü, klubun nüfuzundan çox, məşqçi heyəti və inkişaf perspektivlərinə önəm verir. Ancaq "Manchester Siti"də Pep Guardiola və ya "Real Madrid"də Xabi Alonso kimi məşqçilərlə işləmək perspektivi, onun qərarına təsir göstərə bilər.
Qeyd edək ki, Virtz bu mövsüm bütün yarışlarda 41 dəfə forma geyinib, 15 qol və 13 məhsuldar ötürmənin müəllifidir.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay