
Futbol / Gündəm
24.04.2025, 16:30
Məşhur tennisçi Madriddəki yarışda iştirak etməyəcək
İspaniyalı tennisçi Karlos Alkaras Madriddə keçirilən Mastersdə iştirak etməyəcək.
"Forvard.az" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Dünyanın üç nömrəli tennisçisi ATP-500 turnirinin finalında danimarkalı Holqer Rune ilə qarşılaşmada aldığı zədə səbəbindən yarışa qatılmamaq qərarına gəlib.
Alkaras Zizu Berqs (Belçika) - Yosihito Nisioka (Yaponiya) cütünün qalibi ilə üz-üzə gəlməli idi.
Qeyd edək ki, Masters turniri mayın 4-dək davam edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay