
Voleybol / Gündəm
24.04.2025, 09:51
Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək.
Forvard.az-ın məlumatına görə, finalın ikinci görüşündə “Abşeron” “Azərreyl”lə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 15:00-da başlayacaq. Komandalar arasında baş tutan finalın ilk matçında “Abşeron” 3:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay