Təəssüf ki, “Neftçi” bayraqdarlığın başını buraxıb, ya buraxdırılıb. Başqa mədəni cümlə tapmaq çətindir. Dünənki oyun bunu deməyə əsas verir. İlahi, bir ölkənin tarixi futbol klubu dünənin “Sabah”ı qarşısında nə qədər çarəsiz idi, nə qədər cılız idi. Samir Abbasovun oyundan sonrakı çıxışı inanılmaz dərəcədə ağrılı idi. Təsəvvür edin, qarşılaşmanın son dəqiqələridir, “Neftçi” hücuma çıxıb son şanslarından yararlanmalıdır, amma ümumiyyətlə, rəqibin qapısına tərəf yaxınlaşa bilmir. Sanki qalib tərəf “flaq”sız qalan “man”dır. Amandır, vallah, amandır. Uzun illərdir azarkeşlərinə, klubun özünə qənim kəsilmək deyil imandan, bu işə qol qoyanlar yamandır.

Əgər “Neftçi” üzərindən hansısa maraqlar yönündə qərarlar verilirsə, bu, azarkeşlərin inamını ciddi şəkildə sarsıdır və klubun adına yaraşmayan mənzərə yaradır. Onsuz da bəzən yanlış idarəçilik nümunələrinə rast gəlirik, amma belə nümunələr “Neftçi” kimi bir simvola çevrilmiş klubda olmamalıdır! Gedin başqa yerdə əkin, becərin, biçin! Komanda udar da, uduzad da, amma belə çarəsiz, ağlamalı vəziyyətə düşməz.

Hanı o çılğın Samir Abbasov? Bu qədər əlacsız olduğunu xatırlamıram, çiynini geriyə çəkib başını içəri sıxdıqca sıxır. Bir şansı qalmışdı, bəlkə, bir az dikələr, başı çiynindən hündürdə durar, ümid verər, ümidli olar. Amma göy guruldamadı, ildırım çaxmadı... Otağa girərkən işığı yandırmaq istəyəndə lampanın spiralı “çırt” elədi, yanmadan söndü.

Azarkeşlər, Abbasov, komanda artıq ruhdan düşüb. Buna səbəb olanların məsuliyyəti böyükdür. Hər kəs öz rolunu dərk etməli və bu gedişata dur deməlidir. Yetər artıq bu qədər tarıma çəkilən əsəblər!

Ağa Dadaşzadə
Forvard.az



Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031