
Basketbol / Gündəm
19.04.2025, 16:37
"Naxçıvan" "Abşeron"a qalib gəlib
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan" "Abşeron"a qalib gəlib.
Forvard.az xəbər verir ki, tərəflər arasında Bakı İdman Sarayında baş tutan ilk matçda birincilər 88:83 hesablı qələbəyə sevinib.
Bununla da pley-off mərhələsinin ilk oyunları başa çatıb.
Qeyd edək ki, bu raundun əvvəlki görüşlərində "Şəki" "Gəncə"ni 85:84, Neftçi” "Ordu"nu 93:84, "Sabah" isə "Sərhədçi"ni 90:64 hesabı ilə məğlub edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay