
Futbol / Gündəm
19.04.2025, 12:00
"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda
"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev komandasının matçı olan zaman Türkiyəyə səfər edib.
Forvard.az xəbər verir ki, futbolçu Premyer Liqanın XXXI turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" (1:1) matçı olan zaman İstanbula zədə səbəbindən müalicə almaq üçün yollanıb.
Komandanın kapitanı "Qalatasaray"ın Türkiyə Super Liqasında "Bodrum"u 2:0 yendiyi matçda olub.
Onu da bildirək ki, Şəhriyar Əliyev yanvardan bəri zədəlidir və komandasına kömək edə bilmir. Türkiyədə müalicəsi ayın sonuna kimi davam etdiyi bildirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay