
Futbol / Gündəm
19.04.2025, 10:36
Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu
Xorvatiya milli komandasının sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.
Forvard.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə futbolçunun sabiq klubu "Dinamo"nun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Nikola Pokrivaç karyerası ərzində Zaqreb "Dinamo"su ilə yanaşı “Zalsburq”, "Monako", "Riyeka", "Şaxtyor" (Qazaxıstan), "Slaven" kimi klublarda çıxış edib. O, Xorvatiya yığmasında 15 oyun keçirib
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay