
Futbol / Gündəm
19.04.2025, 09:00
“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı
I Liqanın başa çatan XXII turunda “Qaradağ Lökbatan” axır ki, qələbə qazana bildi. Qəsəbə təmsilçisi səfərdə “Baku Sportinq”i məğlub etməyi bacardı. Oyunu ayaq üstə izləyənlərdən biri də “zolaqlılar”ın direktoru Bəbir Həsənov idi. Klub rəsmisi son görüş və çempionatda qalmaq uğrundakı mübarizəylə bağlı Forvard.az – a müsahibə verdi.
- Bəbir müəllim, təxminən 3 aydan sonra nəhayət ki, “Qaradağ Lökbatan” qələbə qazandı. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Şükürlər olsun ki, “Baku Sportinq”lə oyundan sonra qələbə həsrətimiz bitdi. Əslində komandamız pis oynamırdı, sadəcə qol və qələbə gəlmirdi. Ardıcıl heç-heçələrdən sonra vacib 3 xal qazandıq. Bu zəfər qarşıdakı 5 oyunumuzda bizim üçün motivasiya olmalıdır. Çempionatda qalmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.
- Baş məşqçi postuna Xəqani Məmmədovu gətirdiz. Bu yenilik nəyə hesablanıb?
- Xəqani müəllim, savadlı təcrübəli və A kateqoriyasına malik mütəxəssisdir. Onun gəlişi gücümüzə güc qatacaq.
- Amit Quluzadə komandada qalacaqmı?
- Amit müəllim də bizimlə birgə olacaq və o, Xəqani müəllimin köməkçisi olacaq. Hər iki məşqçilərimiz sayəsində uğur qazanacağımıza inanıram.
- “Baku Sportinq”lə görüşdəki qələbədən sonra uğurlu relsə düşəcəyinizə inanırsızmı?
- Bütün uğursuzluğa rəğmən biz həmişə komandamıza inanmışıq və ümidimizi itirməmişik. Zatən qış fasiləsindən sonra sərgilədiyimiz oyunlara baxsaz, rəqiblərdən çəkinməyərək hücum futboluna üstünlük vermişik. Sadəcə ya qol vura bilməmiş, ya da uğursuzluqlara məruz qalmışdıq. Sanki tilsimdəydik və bu tilsimi XXII turda qıra bildik. İstənilən halda bu qələbədən sonra tam olaraq toparlanacağımıza inanıram.
- “Mingəçevir”lə qarşılamadakı hakim idarəçiliyindən narazı qalmış və şikayət bildirmişdiz, nəticə necə oldu?
- Şikayətimizə baxdılar, araşdırdılar və bəlli oldu ki, hakim düz qərarlar verib
- “Baku Sportinq” ilə oyundakı referi idarəçiliyindən razı qaldızmı?
- Bəli, yüksək səviyyəli hakim idarəçiliyinə şahidlik etdik.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay