
Futbol / Gündəm
18.04.2025, 15:42
“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub
Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Forvard.az xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 66-cı sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu 2 pillə geriləyib.
Mövqeyini qoruyan “Neftçi” 19 xalla 259-cudurr. 4 xal az toplayan “Sabah” iki addımlıq irəliləyişlə 276-cı pillədədir. Yeddi pillə geriləyən “Zirə” 14 xalla 287-cidir.
Qeyd edək ki, siyahıya 2642 xala malik “Real” başçılıq edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay