
Futbol / Gündəm
18.04.2025, 14:19
Bundesliqada yeni müqavilə
Almaniya Bundesliqası təmsilçisi "Union" futbolçusu Kristofer Trimmellə müqavilə müddətini uzadıb.
Forvard.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Avstriyalı müdafiəçi 2014-cü ildən "Union"da çıxış edir.
Qeyd edək ki, K.Trimmel komandasının heyətində indiyə qədər 355 oyunda meydana çıxıb, 5 qol müəllifi olub. 2009-cu ildən Avstriya millisinin formasını geyinən müafiəçi yığmada oynadığı 22 matçda 1 dəfə fərqlənib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay