
Futbol / Gündəm
18.04.2025, 09:34
XXXI tura bir oyunla start veriləcək
Misli Premyer Liqasında XXXI tura bu gün bir oyunla start veriləcək.
Forvard.az-ın məlumatına görə, açılış matçında “Araz-Naxçıvan” Bakıda “Turan Tovuz”u qəbul edəcək.
“Liv Bona Dea Arena”da Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
“Araz-Naxçıvan” hazırda turnir cədvəlində 52 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 47 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
18 aprel
19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay