Dünən I Liqada XXII tura start verildi. Autsayder “Qaradağ Lökbatan” səfərdə “Baku Sportinq”in qonağı oldu. Gərgin keçən görüşün taleyini bir qol həll etdi. 90 dəqəqi sonra Lökbatan təmsilçisi qələbə qazandı. Oyundan sonra komandanın məşqçisi Amit Quluzadə Forvard.az – a müsahibə verdi.

- 10 oyundan sonra komandanız qələbə qazandı. Fikirləriniz maraqlıdır...

- Qələbəni çoxdan qazanmalıydıq. Keçirdiyimiz son 5-6 oyuna baxsaz, görərsiz ki, rəqiblərimizdən üstün futbol sərgiləmişik, sadəcə qollarımız və qələbəmiz gəlmirdi. Bugünkü matçda da ən azı 8 yüz fazili qol imkanlarımız oldu, ancaq birini reallaşdırdıq. Qələbədən çox futbolçularımın meydan fanatikcə döyüşməkləri, ayaq qoyulmalı olduğu yerə başlarını qoymalarına görə sevinirəm. Yetirmələrim yumruq kimi birləşib meydanda nəticə qazanmaq üçün özlərini fəda edirlər. Qələbəyə gəlincə, bizə 3 xal hava su kimi lazım idi. Həm rəqiblərimizdən çox aralanmamaq, həm də psixoloji olaraq özümüzə inamı qaytarmaq üçün vacib zəfər əldə etdik. Qarşıda 5 tur var və hər birində qələbə naminə çarpışacağıq.

- Çempionatda qalmaq uğrunda əsas rəqiblərinizdən “Cəbrayıl” ilə “Difai Ağsu”da 3 xal qazandılar. Bu sizi narahat etmir?

- Biz heç kimin, o cümlədən adlarını çəkdiyiniz komandaların nəticələrinə baxmırıq. Ancaq və ancaq öz oyunumuza və qələbələr qazanmağa fokuslanmışıq. Bizim üçün əsas inam və amal “Qaradağ Lökbatan”ın I Liqada qalmasıdır. Komanda olaraq sərgilədiyimiz oyun, döyüşkənlik, fədakarlığımız deməyə əsas verir ki, klubumuz çempionatda yerini qoruyacaq. Biz bəziləri kimi nəyinsə hesabına çempionatda qalmağa güvənmirik. Biri var çempionat marafonunda təslim olmayaraq mübarizə aparmaq, döyüşmək və yerini qorumaq, biri də var nələrinsə, kimlərinsə hesabına çempionatda qalmaq. “Qaradağ Lökbatan” olaraq ilk yolu seçmişik, sonunda uğurlu olacağına inanırıq. Biz heçnəyə getmirik, öz kişiliyimizlə I liqada oynayırıq.

- “Qaradağ Lökbatan”da baş məşqçi postuna Xəqani Məmmədov gətirildi. Bu təyinatla bağlı nə deyərdiz?

- Xəqani müəllimin komandamıza baş məşqçi kimi gəlməsinin çox istəyirdim. O, həm təcrübəli mütəxəssis, həm də gözəl insandır. Odur ki, Xəqani müəllimin “Qaradağ Lökbatan”da olmasına çox şadıq. Onun təcrübəsi bizə çox kömək edəcək.

- Gənc məşqçi kimi Xəqani Məmmədovla yaxşı koordinasiyanızın olacağını düşünürsüzmü?

- 100% elə də olacaq.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031