
Futbol / Gündəm
16.04.2025, 14:31
Rəşad Sadiqova ağır cəza
“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olunub.
Forvard.az xəbər verir ki, xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
R.Sadiqovun cəzalandırılmasına AFFA U-17 Liqasında keçirilən “Zirə” ilə matçın 78-ci dəqiqəsində rəqibi təhqir etməsi səbəb olub. Baş məşqçi bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
AFFA U-13 Liqasında iştirak edən “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov da 5 oyunluq cəzaya məruz qalıb. Buna məşqçinin “Nabran”la qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etməsi səbəb olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay