
Futbol / Gündəm
14.04.2025, 10:30
UEFA-nın Elit Məşq Layihəsi Bakıda - FOTOLAR
Bakıda UEFA-nın Elit Məşq Layihəsi çərçivəsində seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.
Forvard.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 15-dək davam edəcək toplanışda layihənin 6 regional məntəqəsindən seçilmiş 26 futbolçu və 8 məşqçi iştirak edir. Təlim prosesi çərçivəsində ümumilikdə 8 məşq və aprelin 15-də, saat 11:00-da ikitərəfli yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, təlim-məşq toplanışında UEFA-nın nümayəndəsi Milenko Acimoviç də iştirak edir. Elit Məşq Layihəsi gənc futbolçuların potensialının üzə çıxarılması və onların inkişafına yönəlmiş mühüm proqramlardan biridir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay