Rəşad Sadıqovun yetirmələri ilə öz meydanında qarşılaşan Samir Abbasovun “Neftçi”si azarkeşlərinə sözün əsl mənasında şok yaşatdı. Oyunun birinci hissəsində rahatlıqla rəqibinin qapısının 2 top keçirən “flaqman” özü də rahatlamağa başladı. Nəticədə hələ birinci hissədə döyüşçü rəqibi – “Zirə” hələ sevinmək üçün tez olduğunu "Neftçi”yə xatırlatdı. Və əlbəttə ki, bu özünü oyunun nəticəsində də göstərdi - 2:4.

Samir Abbasovun yetirmələrinin sevinci elə bir hissə çəkdi. Hətta bir çoxları düşünürdü ki, “Zirə” oyunu rahat keçirəcək və güc sərf etmədən məğlubiyyətlə razılaşa bilər. Çünki qarşılaşma elə başlamışdı ki, artıq oyunun taleyi haqqında danışanlar bunu Rəşad Sadıqovun hocasına bir növ jesti kimi də qiymətləndirirdilər. Çünki “Zirə”nin məğlubiyyəti “Qarabağ”ın çempionluğunu vaxtından tez rəsmiləşdirmiş olurdu. Sadıqov isə sonacan döyüşdü və qaragün “Neftçi”yə heç bir şans verilmədi.

Samir Abbasov oyundan sonra açıqlamasında onsuz da Premyer Liqadan əli üzülən “flaqman”nın hədəfinin kubok olduğunu bəyan edərək həm azarkeşləri sakitləşdirir, həm də özünə və komandasına təsəlli verirdi. “Kubok matçına karyeramızdakı son oyun kimi çıxmalıyıq” – Abbasov məhz bu cümlə ilə hamıya göstərmək istəyir ki, əlindən gələni edib çempion olacaqlar. “Əksi olacaqsa, getməyə hazıram” demək istəyir. Görək, “Neftçi” doğrudanda kubok qazana biləcəkmi və bununla günahlarını bir növ yumağa müvəffəq olacaqmı?!

Azarkeşlər üçün “flaqman”ın işi hər oyun qələbə qazanmaq uğrunda savaşan komanda görməkdir. Çünki onlar Azərbaycanın tarixi klubuna fanatlıq edirlər, çünki yüzlərlə futbolçu “Neftçi” eşqi ilə futbolçu karyerasına başlayaraq xəyallarının arxasınca gedib. İndi isə…

“Flaqman” artıq turnir cədvəlində 6-cı yerdədir. Bəlkə də, futbola baxmayan birinə qəfil sual versən ki, “səncə, “Neftçi” Azərbaycan çempionatında neçənci yerdədir?” qayıdıb deyər ki, “başqası var ki, bir “Neftçi”dir, bir “Qarabağ”. “Qarabağ” da son illər avrokuboklarla daha çox tanındı…

Azərbaycan futbolunun “flaqman”ı bu vəziyyətdə olmalı deyil! Günahdır! Məhz Azərbaycan futbolu adına fövqəladə vəziyyətdir! Azərbaycan futbol tarixi qarşısında məsuliyyətdir!

Ağa Dadaşzadə
Forvard.az


Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930