“Qarabağ” XXX turda “Səbail”in qonağı oldu. Görüş ağdamlıların 4:1 hesablı qələbəsiylə başa çatdı. “Süvarilər”in kapitanı Bədavi Hüseynov Forvard.az –a həm “dənizçilər” üzərində qələbə, həm də Maksim Medvedevin Azərbaycan yığmasında qruplaşma olub fikirlərinə aydınlıq gətirdi.

- “Səbail” üzərində böyükhesablı qələbə qazandız, matçla bağlı fikirlərin maraqlıdır...

- Yaxşı oyun keçirdik. “Səbail” sonuncu pillədə qərarlaşsa da, həm topu özündə saxlamaqda, həm hücuma yaxşı qoşula bilirlər. Onlara da vacib xal lazım olduğunu bilirdik və meydanda gərgin mübarizə gedəcəyi bəlli idi. Rəqibi yaxşı zərərsizləşdirdik. Görüşdə istədiyimizi həyata keçirdik. Düşünürəm ki, hesab sərgilədiyimi oyuna uyğun oldu.

- “Dənizçilər”lə görüşdə şans qazanmadın zədən var yoxsa baş məşqçi sənə istirahət vermişdi?

- Heç bir zədəm yoxdur, baş məşqçimizin qərarıdır. Bizi qarşıda çətin oyunlar gözləyir, ona görə də Qurban müəllim tez-tez rotasiyalar edir və hər bir futbolçuya oynamaq şansı verir.

- Bir-iki qələbə qazansaz erkən çempionluğunuzu rəsmləşdirəcəksiz. Səncə bu mövsüm qızıl medallara sahib olmaq sizə çox asan başa gəlmədi?

- Belə deməzdim. Hər bir mövsümün özünə görə çətinliyi olur. Sadəcə biz hər oyunda, hər turda performansımızın aşağı düşməsinə imkan vermirik və daha çox tərəqqi etməyə çalışırıq. Baş məşqçimizdə daim inkişaf etməyimizi bizə izah və tələb edir.

- Sabiq komanda yoldaşın Maksim Medvedev bu yaxınlarda açıqlamasında bildirdi ki, yığmada həmişə qruplaşma olub. Hazırda ölkənin əsas komandasının kapitanı kimi bu barədə nə deyərdin?

- Məncə, Maksimin fikirlərini çoxları düz başa düşməyib. Qruplaşma deyəndə o, heç də bölücülüyü nəzərdə tutmayıb. Sadəcə milliyə birgə gələn və mehriban olan futbolçuları nəzərdə tutub. Biz hamımız azərbaycanlıyıq və birlikdə oynayırıq. Mən bu vaxta kimi qruplaşmalara rast gəlməmişəm. Belə hal olarsa, dərhal reaksiya verib qarşısını alarıq və komandanın bölünməsinə imkan vermərik.

- Bəs Maksim sən ilə Ramil Şeydayevin adını niyə birgə çəkib?

- Yenə deyirəm, millidə qruplaşma yoxdur, buna imkan da vermərik. Sadəcə “Qarabağ” futbolçuları yığmaya gəlirsə, birlikdə ünsiyyət qurur, süfrə arxasında da həmrəylik göstərirlər. Bunu digər klublardan gələn futbolçular da edir. Qısası, bu sadəcə klub yoldaşlığından doğan mehribanlıqdır, qruplaşmaya aidiyyatı yoxdur.

- Ölkənin futbol ictimaiyyəti birmənalı olaraq qeyd edir ki, Rəşad Sadıqovdan sonra Azərbaycan seçməsində meydanda dominantlıq edən kapitan futbolçu yoxdur. Bu yanaşma ilə razısanmı?

- Təbii ki, Rəşad kimi futbolçu olmaq, onun liderlik keyfiyyətinə sahiblənmək çətindir. Bizlər ondan çox şey öyrənmişik. Əlbəttə ki, hazırda yığmamızda problemlər çoxdur, amma bunu sırf lider-kapitan ağırlığının olmamasına bağlamazdım. İndi millimizdə cavanlaşma prossesi gedir, mən daxil bütün təcrübəlilər onlara yol göstərir, köməkliyimizi əsirgəmirik. Eləcə də oyunumuza təsir edəcək başqa faktorlar var. Buna rəğmən biz ümidliyik ki, nəicələrimiz yaxşılaşacaq. Bizə müəyyən vaxt lazımdır.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

"Real" Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb

“Liverpul” 20-ci çempionluğunu elan edə bilər

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930