
Futbol / Gündəm
13.04.2025, 16:11
Fərid Qayıbov Xankəndi stadionununda yenidənqurma işləri ilə tanış oldu
Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri çərçivəsində aprelin 13-də Xankəndi şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb.
Burada stadionun meydança və tribunalarının tikinti işləri barədə məlumat alan Fərid Qayıbov təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay