
Futbol / Manşet / Gündəm
27.09.2024, 11:40
Neftçi" daha bir futbolçusunu vaxtından əvvəl göndərəcək - Şok detallar
Yaxşı günlərini yaşamayan “Neftçi” heyətdə də islahatlar aparmaq niyyətindədir. Forvard.az-ın əldə etdiyi məlumata görə qış transfer pəncərəsində komandanın ikinci qapıçısı Emil Balayevlə vaxtından əvvəl yollarını ayırmaq istəyir.
Buna səbəb 30 yaşlı əlcək sahibinin performansı məşqçilər korpusunun ürəyincə deyil. Klubdan gələn digər məlumat isə onun Emin Mahmudov “cabhəsində" olduğuna görə, baş məşqçi Balayevi komandada görmək istəmir.
Bundan başqa, ötən ilin yayında “ağ-qaralar”ın heyətinə cəlb edilən qapıçının həmin ərəfədə aldığı ciddi zədə uzun müddət yaşıl meydanlardan kənar qalmasına səbəb olmuşdu.
Qeyd edək ki, E. Balayevin müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
Amil Babayev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay