
Ayrılan pul "Neftçi"yə yetməyib, əlavə xərc çəkib, nəticələr isə...
AFFA-nın 2024/2025 mövsümündə Premyer Liqa klublarına ayırdığı vəsaitlərin meyarlara görə bölgüsündən sonra "Neftçi" əlavə xərc çəkib.
Forvard.az-ın məlumatına görə, "Flaqman"a digər klublar kimi 594 min manan ayrılsa da, açıqlanan hesabata əsasən əlavə 94 min 39 manat 88 qəpik ehtiyac duyulub.
Maraqlıdır ki, "Neftçi" son illər qeyd edilən xərclər daxil olmaqla futbolçu transferlərinə, baş məşqçi dəyişikliklərinə xeyli pul ayırsa da, bu, komandanın nəticələrində özünü göstərmir.
Hazırda turnir cədvəlində 6-cı yerdə qərarlaşan "flaqman"nın baş məşqçi Samir Abbasovun gəlişindən sonra bir qədər özünə gəlib. O da bəzi futbolçularından narazılığını ifadə edib. Bununla bağlı addımların atılacağı gözlənilir.
Klubun ümidi ölkə kubokuna və gələn mövsümə qalıb. Nəzərə alsaq ki, ilk oyunda məğlub olan "flaqman"ı çətin cavab oyunu gözləyir, onun kubok hədəfinin gerçəkləşməsi üçün Samir Abbasov və futbolçuları xeyli əziyyət çəkməli olacaq.
Bütün bunlar "Neftçi"ni xeyli düşündürməlidir ki, növbəti dəfə əlavə xərclərə gedilsə də, azarkeşlərini sevindirə bilsin.
Qeyd edək ki, ölkə çempionatının təmsilçilərinin hər birinə 3 milyon manat ayrılıb.
Məbləğin 1 milyon 600 min manatı klublara Premyer Liqa Lisenziyasının alınmasına görə verilib. 500 min manat klub nəzdində uşaq futbolunun, 50 min manat isə qadın futbolunun inkişafı üçün ayrılıb.
Vəsaitin 595 min manatı PFL tərəfindən müəyyən olunmuş infrastruktur kriteriyalarının yerinə yetirilməsi üçün, qalıq məbləğ isə klubların ehtiyacları üçün təqdim olunub.
Gələn ildən isə Azərbaycan çempionatında mübarizə aparan komandaların sayı 12 olacağı üçün 3 milyon manatın 2,5 milyona endiriləcəyi bildirilir.
Xatırladaq ki, "Sabah" klubuna digər komandalardan fərqli olaraq, infrastruktur meyarlarının yerinə yetirilməsi üçün 85 min manat az - 510 min manat məbləğ verilib.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay