Gənclər və idman naziri Fərid Qayıbov və UFC prezidenti Dana Uayt əməkdaşlıq haqqında razılaşma imzalayıb - FOTO
Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Forvard.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və UFC prezidenti və baş icraçı direktoru Dana Uayt əməkdaşlıq haqqında razılaşma imzalayıb.

İmzalanma mərasimi Mayamidə baş tutub.

Ölkəmizdə bu tarixi hadisə iyunun 21-də Baku Crystal Hall-da baş tutacaq. Döyüş gecəsi UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçəcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarımağır çəkidə çempion, hazırda 4-cü yerdəki namizəd Camal Hill və 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.

UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR. tədbiri üçün biletlər aprel 25-də, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq.

UFC-nin baş icraçı direktoru Dana Uayt imzalama mərasimindən sonra deyib: “Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. İyunun 21-də Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm.”

Gənclər və idman naziri Fərid Qayıbov UFC ilə yeni əməkdaşlığın ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirəcəyini bildirib: "UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev yarışın təşkili ilə bağlı fikirlərini bölüşüb: "Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik".

Keçmiş çempion Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Miçiqan) 2025-ci ildəki ikinci döyüşü üçün Octagon®-a sürətli qayıdış etməyi planlaşdırır. “Dana White’s Contender Series”-də UFC çempionluğunu qət edən ilk idmançı Hill, Tiaqu Santos, Coni Volker və Cimmi Krut kimi döyüşçüləri məğlub edərək çempionluğa yüksəlib. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək, çempionluq yolunda irəliləməyi planlaşdırır.

Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Nevada) isə ötən ilin oktyabrında UFC 307-də Aleks Pereyra ilə keçirdiyi və “Gecənin Döyüşü” seçilən çıxışından sonra ilk dəfə yarışacaq. Güclü zərbələri ilə tanınan Raundtri Jr., 13 qələbəsinin 9-nu nokautla qazanıb. Kris Daukus, Karl Roberson və Modestas Bukauskas üzərindəki qələbələri ilə azarkeşlərin rəğbətini qazanan döyüşçü bu dəfə Hill-in ilk beşdəki yerini almağa çalışacaq.

Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərinin böyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geri dönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ən yüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan Təğir Ulanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır və ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.

Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC-də debüt edəcək və “Dana White’s Contender Series”-nın parlayan ulduzu olan Rizvan Kunievlə (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.

Turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:

● İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzə gələcək.
● Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.
● Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.
● Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.
Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhu nümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngül çəki çempionu Rafael dos Anjos və Bobi Qren kimi rəqiblər üzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-də layiqincə təmsil edirlər.



Son xəbərlər

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

"Real" Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb

“Liverpul” 20-ci çempionluğunu elan edə bilər

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930