Azərbaycan Cüdo Federasiyası (ACF) Cüdo Liqaları ilə bağlı mətbuat konfransı keçirib.

Forvard.az. xəbər verir ki, tədbirdə ACF-nin baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan liqalarla bağlı jurnalistlərə ətraflı məlumat verib.

Bildirilib ki, Cüdo Liqalarının yaradılmasında əsas məqsəd yeni potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin yaranması, idmançılara və məşqçilərə maddi dəstək göstərmək, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılmasıdır.

Cüdo Liqaları və burada yığılan xallar eyni zamanda milli komandaların tərkibinin müəyyən olunmasında ən önəmli meyarlardan biri olacaq. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla bərabər, seçimin də daha obyektiv olmasını şərtləndirəcək.

Cüdo Liqalarının 3 yaş qrupu üzrə keçiriləcəyi diqqətə çatdırılıb. Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçuların iştirak edəcəyi bildirilib. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcək.

Böyüklər liqasında üç, U-17 və U-14 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq.

Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı birbaşa təqdim ediləcək. Klublara isə mükafatlar pul formasında verilməyəcək. Həmin klublarda cüdonun inkişafını dəstəkləyən müxtəlif istiqamətlər üzrə xərclənəcək.


Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930