Forvard.az "Qarabağ"da yaşanan maaş problemini gündəmə gətirdikdən sonra görünür, kimlərinsə yuxusu ərşə çəkilib. İş orasıdır ki, təkcə bu məlumat narahatlığa səbəb olmayıb.

Bundan öncə "atlılar"ın transfer etməyəcəyi, "köhnə hamam, köhnə tas" prinsipi əsasında fəaliyyətlərini davam etdirəcəyini yazmışdıq. Lakin çox keçmədi ki, "Qarabağ"ın köklü dəyişikliklərə gedəcəyini əks etdirən informasiyalar tirajlandı. Cəmi iki saat sonra bu xəbərin ortaya çıxmasına təsadüf deyə bilərdik. Yaxud da klubun böhran komandasının təxirəsalınmaz əməliyyatı kimi dəyərləndirmək olardı.

Amma və lakin. İlk cümlədəki mövzuya gəldikdə isə məsələ belədir: reytinqli idman səhifələrindən biri Forvard.az-ın xəbərinə istinad edir, ardınca çox keçmir ki, paylaşılan post silinir. Silinməkdə də problem olmaya bilər. Hər media qurumunun xəbər siyasəti var və hələlik "Qarabağ" az qala "toxunulmaz" olduğundan belə bir addım atıla bilər. Eybi yox, olsun, çox keçməz klubun fəaliyyəti çəkinmədən tənqid olunmağa başlayacaq. Çünki avrokuboklarda Qurban Qurbanovun komandasının son zamanlar yaxşı nəticə göstərə bilməməsi, artıq bir çoxlarının məyusluğundan doğan tənqidi yanaşmalarına səbəb olub. Əsassızdırmı? Xeyr! Qərəzlidirlərmi? Xeyr!

Axı Azərbaycan futbolunu izləməyənlər belə, "Qarabağ"ın uğurlarına görə komandaya azarkeşlik etmək üçün stadiona gəlirlər. Bu gün-sabah "atlılar" onları da itirəcək. Klubun keçmiş sözçüsü Gündüz Abbaszadənin sözləri yada düşür. İndi "Qarabağ" yaxşı nəticələr göstərdiyi üçün problemlərdən danışılmır.

İndi hocanın komandası tənqidlərdən nəticə çıxarmaq əvəzinə tənqidləri boğmaqmı istəyir? Əlbəttə, buna inanmaq istəmirik. İstəyimiz budur ki, "Qarabağ" haqqında danışılan məsələlərdən nəticə çıxarsın.

Uğurlarını bölüşdüyümüz kimi, yanlış hesab etdiyimiz addımlarını da paylaşmaq bizim haqqımızdır. Odur ki, hamı üzərinə düşən işi layiqincə yerinə yetirməlidir, yaxud da ən azından buna cəhd etməlidir.

Arzu edirik ki, yenidən "atlılar"ın uğurlarından yazaq, nəinki problemlərindən.
Qurban Qurbanovun sevinc göz yaşları üçün darıxmışıq...

Ağa Dadaşzadə
Forvard.az



Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930