
"Qarabağ" ənənəsinə "sadiq" qaldı - Bəd xəbər
"Qarabağ" klubu yenə də pul xərcləmək niyyətində deyil.
Forvard.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Premyer Liqasında birinci sırada yerini möhkəmləndən "Qarabağ" avrokuboklara yenə "Allaha pənah" deyərək yollanmaq niyyətindədir. Transferlərə pul xərcləmək istəməyən klub yenə yükü Qurban Qurbanovun üstünə atıb. Axı, hoca zədəli, heç kimin tanımadığı, iynənin ucu boyda perspektiv vəd edən futbolçuları tapıb peşəkarlığa çatdırır.
Burada da klub da qazanır. Həm maddi, həm də nəticə cəhətdən. "Ölü oyunçu"nu diriltdikdən sonra baha qiymətə satmaqlarını da 4 gözlə gözləyirlər. Amma bir şeyi unudurlar, Avropa klubları güclənir. Bu xəsisliklə Avropa Liqasında sonuncu yeri tutdunuz, gələn səfər Konfrans Liqasında uğursuz nəticə qazansanız, təəccüblənməyin.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay