Zahirən gözəl görüntüdür, hətta möhtəşəm də demək olar. Əksər futbolsevərlərin dediyi kimi, başqa ölkələrdə məşqçilər bir-birinə atmacalar edir, əl-qol atır, bizdə isə sülh və idmana yaraşan mənzərə. Təkcə zahirən deməklə də kifayətlənmək ola bilsin ki, ədalətsizlik sayılar, şübhə yoxdur ki, hər iki mütəxəssis daxilən də bir-birlərini böyük rəğbət, hörmət bəsləyirlər.

Rəşad Sadıqov və Qurban Qurbanovu ət və dırnağa bənzətmək olar. İstər millidə, istərsə də klubda komanda uğrunda birgə savaşıblar. Bununla bağlı çox danışmaq mümkündür.

Deyəcəksiniz ki, hə də, bəs sözünün Mustafası nədir?

Yuxarıdakıları qeyd etməsəm, qərəzli olduğumuz düşünülər. Sanki belə görüntülər bizi qıcıqlandırır. Əsla!

Görüntülər adama müsbət enerji verdikdə, bir anlıq Azərbaycan çempionatı haqda aydın təsəvvür formalaşır. Bəlkə də aydın olmayan.

"Qarabağ" və "Zirə" turnir cədvəlində 1-ci və 2-ci yeri bölüşürlər. Çox güman ki, belə də sonlanacaq. Qurban Qurbanov və onun parlaq komandasının nümayəndəsi, bəlkə də, özünün davamçısı ondan bir pillə aşağıda hocasını izləyir. Yəni Azərbaycan çempionatında yenilik yoxdur, obrazlı desək, 1-ci və 2-ci yer elə "atlılar"a məxsusdur. Rəqabət isə şəkildə gördüyünüz kimidir qol-qola, çiyin-çiyinə...

Doğrudan da Azərbaycan futbolunu bu iki mütəxəssis, azarkeşlər üçün sevimli olan bu iki nəfər düzəldəcəksə, elə həmişə bir-birinin yanında sıx, möhkəm dayanmağı arzulayırıq. Yoxsa çətin futbolumuz üzümüzü güldürsün, sevindirsin.

Qurban Qurbanova deyək ki, "Qarabağ"dan bir nəfəri də məzun edib hansısa komandanın başına keçirməyə müvəffəq olsun ki, ilk 3 yeri tuta bilsinlər və belə ardıcıllıqla ağ günə çıxaq. Yaxud da Rəşad Sadıqov hocası kimi miras qoya bilsin.

Əgər rəqabət doğrudan da sağlam və xoş mənzərəli olacaqsa, sayınız artsın, yanınızda özünüz kimi insanlar bol olsun. İstəyimiz futbol görməkdir, maraqlı mübarizə izləməkdir.

Ağa Dadaşzadə
Forvard.az



Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930