
Avropa çempionatı: VII tur şahmatçılarımız üçün nə vəd edir?
Yunanıstanın Rodos adasında qadınların şahmat üzrə Avropa çempionatı bir günlük fasilədən sonra davam edir.
Forvard.az-a xəbər verir ki, yarışda 8 azərbaycanlı şahmatçı - hazırkı titul sahibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova iştirak edir.
Altı raunddan sonra Beydullayeva ən yaxşı nəticəyə malikdir - 4,5 xal. Gövhər bu göstərici ilə onuncu yerdə qərarlaşıb. Məmmədova ondan yarım xal geri qalır.
Turnirdə qalib gələn ilk 10 zəka sahibi Dünya kubokuna vəsiqəni təmin etmiş olacaq.
Qeyd edək ki, yarışda 34 ölkədən ümumilikdə 137 şahmatçı iştirak edir.
Yeddinci turun cütləri:
Gövhər Beydullayeva - Lilit Mkrtçan (Ermənistan)
Kesariya Mqeladze (Gürcüstan) - Gülnar Məmmədova
Paulin Quşar (Fransa) - Səbinə İbrahimova
Ülviyyə Fətəliyeva - Yekaterini Pavlidu (Yunanıstan)
Emiliya Dyak-Sala (Avstriya) - Ayan Allahverdiyeva
Nərmin Abdinova - Anjelika Nenova (Bolqarıstan)
Andrea Boçniçkova (Slovakiya) - Türkan Məmmədyarova
Lalə Hüseynova - Yasmin Şloffer (Avstriya)
Turnir cədvəli: 1. Anastasiya Kirtadze (Gürcüstan) - 5,5 xal, 2. Mai Narva (Estoniya), 3. Bella Xotenaşvili (Gürcüstan) - 5, 10. Gövhər Beydullayeva - 4,5, 15. Gülnar Məmmədova - 4.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay