
Futbol / Gündəm
26.09.2024, 21:30
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
İspaniya polisi "Real"ın (Madrid) futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən azarkeşi 1 il müddətinə həbs edib.
Forvard.az yerli mətbuata istinadən xəbər verir ki, sözügedən hadisə ötən mövsüm La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə baş verib.
Eyni hərəkəti "Malyorka" - "Vilyarreal" matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.
Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini qadağan edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay