
Azərbaycan şahmatçılarını Avropa çempionatında 6-cı turun oyunları gözləyir
Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Forvard.az. xəbər verir ki, yarışda səkkiz azərbaycanlı şahmatçı çıxış edir.
Beş turdan sonra şahmatçılarımız ilk onluqdan kənarda qalıblar. 5-ci turda məğlub olan Gövhər Beydullayeva və heç-heçə edən Gülnar Məmmədova hərəyə 3,5 xal toplayaraq 17-18-ci yerlərdə qərarlaşıblar.
Avropa çempionatından Dünya kubokuna 10 vəsiqə də veriləcək.
Yarışda 34 ölkədən ümumilikdə 137 şahmatçı iştirak edəcək.
6-cı turda Azərbaycan şahmatçılarının rəqibləri:
Gülnar Məmmədova - Nino Batsiaşvili (Gürcüstan)
Laura Unuk (Sloveniya) - Gövhər Beydullayeva
Beloslava Krasteva (Bolqarıstan) - Ülviyyə Fətəliyeva
Anna Xaçatryan (Ermənistan) - Ayan Allahverdiyeva
Yolanta Zavadska (Polşa) - Nərmin Abdinova
Türkan Məmmədyarova - Ceren Tırpan (Türkiyə)
Səbinə İbrahimova - Lalə Hüseynova
Turnir cədvəlinin üst sıralarında qərarlaşanlar: 1. Anastasiya Kirtadze (Gürcüstan), 2. Mai Narva (Estoniya), 3. Bella Xotenaşvili (Gürcüstan) - hərəyə 4,5 xal...
17. Gövhər Beydullayeva, 18. Gülnar Məmmədova - hərəyə 3,5...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay