
Basketbol / Gündəm
2.04.2025, 12:00
Qubada formal oyun
Kişilər arasında Azərbaycan Basketbol Liqasında XX tur davam edir.
Forvard.az. xəbər verir ki, müntəzəm çempionatın son turunun ikinci günündə bir matç baş tutacaq.
B qrupunun görüşü Qubada keçiriləcək. Eyniadlı komanda ilə “Ordu”nun matçı formal xarakter daşıyır. Hər iki komandanın turnir cədvəlindəki mövqeyi dəqiqləşdiyi üçün qarşılaşma əhəmiyyət kəsb etmir.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XX tur
B qrupu
2 aprel
14:00. “Quba”– “Ordu”
Quba OİK
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay