Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Prezident sərəncamı ilə 2020-ci ildə başlanılmış, tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılmışdı. Sumqayıtlı futbol azarkeşlərinin sevinci yerə-göyə sığmırdı.

Onların sevimli komandası öz rəqiblərini kibrit qutusuna bənzəyən, kiçik tutumlu "Kapital Bank Arena”da yox, müasir standartlara uyğun şəhər stadionunda qəbul edəcəkdi. "Böyük şəhərin tək komandası”nın yenicə təmirdən çıxan stadionda ilk oyunu "Neftçi”yə qarşı oldu. 4 fevral tarixinə təsadüf edən oyunda tribunalarda əsl bayram yaşanırdı. "Sumqayıt”ın "Neftçi”ni 2:1 hesabıyla məğlub etdiyi qarşılaşmada topa ilk toxunuşu 1966-cı ildə bu arenada baş tutan ilk matçda fərqlənmiş Telman Salahov etdi.


"Sumqayıt”ın sərgilədiyi oyun, qazandığı nəticələr heç də azarkeşlərin ürəyincə deyil. Bəlkə də elə bu səbəbdəndir ki, komandanın ev oyunları zamanı tribunalar tam dolmur. Bu isə "Sumqayıt”ın bilet satışından gəlir əldə edə bilməməsi deməkdir. Məlum məsələdir ki, hansısa tamaşaya tamaşaçı marağı yoxdursa, ordan gəlir əldə etmək də çətinləşir. Azərbaycanda futbol klublarının da bilet satışından qazanc götürmədikləri heç kəsə sirr deyil. Bir vaxtlar "Xəzər Lənkəran”ın "Fırtınalar meydanı”ndakı oyunları zamanı tribunalar dolardı. Ondan sonra heç bir klub belə uğuruyla öyünə bilməz. Bir də ki, "Qarabağ”ın avrokuboklardakı oyunları zamanı tribunalar dolur. Məlum məsələdir ki, "Qarabağ” bilet satışından da müəyyən qazanc əldə edir. Amma bu qazanc da böyük məsrəflər qarşısında elə də gözə görünmür.

Qayıdıram "Sumqayıt”ın məsələsinə. Yararsız legionerlərə görə böyük miqdarda xərcə düşən, ayrılan büdcəni sağa-sola xərcləyən klub boş tribunalar önündə oynadığına görə biletdən gəlir də götürə bilməz. Belədə stadionun saxlanması üçün tələb olunan xərclər də "Sumqayıt”ın büdcəsi üçün əlavə yükə çevrilir. AFFA-nın İntizam Komitəsi bu mövsüm artıq üçüncü dəfədir ki, "Sumqayıt”ı 500 manat cərimələyir. Qərarda qeyd olunur ki, "kimyaçılar” Əsasnamənin tələblərini pozub. Bəs pozulan bu tələb hansıdır? Həmkarlarımız bu səbəbi axtarıb tapıb. Ortaya həm gülməli, həm də ağlamalı mənzərə çıxıb. Sən demə, Mehdi Hüseynzadə adına stadionun qazı kəsildiyindən futbolçular və hakimlər matçdan sonra duş qəbul edə bilmirlər. AFFA da hər dəfəsində klubu 500 manat cərimələyir.

Qaza görə yaranmış borcun məbləğinin 100 min manata yaxın olduğu bildirilir. İdman qurğusu Gənclər və İdman Nazirliyinin balansındadır. Amma nazirlik borcun köhnədən qaldığını, ödənişin şəhər icra hakimiyyəti tərəfindən ödənilməli olduğunu bildirir. Nəticədə biabırçı bir durum yaranıb.

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov "Football-plus.az”a belə deyib: "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun paltardəyişmə otaqlarında yerləşən hamamlar isti su ilə təmin olunmayıb. Meydandan qan-tər içində çıxan futbolçular məcburən soyuq su ilə yuyunurlar. Məsələ klub üçün ciddi problemə çevrilib. "Sumqayıt” üçüncü dəfədi eyni səbəbdən cərimələnir”.

Özümüzküləri birtəhər yola vermək olar. AFFA da 500 manatını alıb susacaq. Məsələ ondadır ki, Belarusun "Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. Artıq UEFA da təqvimi təsdiqləyib. Minsk klubu oktyabrın 3-də Şotlandiyanın "Harts”, noyabrın 28-də Danimarkanın "Kopenhagen” və dekabrın 12-də isə Şimali İrlandiyanın "Larn” kollektivini Sumqayıtda qəbul edəcək. Belarusların hamam problemini necə həll edəcəyik? Bu gedişlə Lukaşenkonun həmyerliləri Sumqayıtda ocaq qalayıb, su qızdırmalı olacaqlar. Allah bizi o gündən qorusun!

Amal Abuşov
qaynarinfo.az


Son xəbərlər

"Ümid edirəm ki, İtaliya AVRO- 2032 üçün stadionlarını modernləşdirə biləcək"

Reynders "Mançester Siti"nin maraq dairəsində

"Qarabağ" rəsmisinə UEFA-nın diplomu təqdim olundu

"Mançester Siti" "Milan"a 60 milyon avro təklif edəcək

Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

"Arsenal"ın qapıçısı "Real"a keçir

II Liqada XXV turun təyinatları açıqlandı

Vaqif Cavadov "Sumqayıt"dan getdi

Millimiz Dünya Kubokunu başa vurub

Azərbaycan - Litva oyununun vaxtı açıqlandı

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib

Fernandu Santuş Yunanıstanda - həmyerlisi ilə görüşdü

Cüdo federasiyası mükafata layiq görüldü

"İmişli"nin oyununda konsert

"İmişli"nin oyununda konsert

Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək

Bakıda “Legend Cup” oyunu keçiriləcək

Karateçilərimizdən uğurlu nəticə

Fransada ilin futbolçusunun adı açıqlandı

“Sabah”dan yubiley

"Turan Tovuz"dan arzuolunan yubiley

Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib

Bədavi Hüseynovdan yubiley matçı

Premyer Liqa: XXXV turun oyun cədvəli açıqlanıb

Mbappe ən yaxşı göstəricisinə imza atıb

"Mançester Yunayted" antirekordunu təkrarlayıb

"Qarabağ", Azərsun Holdinq qarşısında hansı cavabı verəcək?

"Kəpəz" "Sumqayıt"ı məğlub etdi, "Qarabağ"dan qələbə

Azər Bağırov: "Üzərimizdə psixoloji basqı yox idi

“El-Klasiko”da 7 qol

Vaqif Cavadov: "Hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi"

"Sabah" çempionluğun bir addımlığında

Millimiz məğlub oldu

"İmişli"dən bəyanat: "Bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil"

Samir Abasov: "Ciddi addımlar atmalıyıq"

Avropa Kuboku: Millimizdən uğurlu start

Kurban Berdiyev: "Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031