“Bir-iki dəfə uğursuzluq yaşadığım şəhərlərə və turnirlərə çalışıram ki, qatılmayım”.

Bunu Forvard.az-a Azərbaycan şahmatçısı Azər Mirzoyev deyib.

Qrossmeyster Macarıstanın paytaxtında keçirilən “SixDays Budapest March 2025” turnirində iştirakını dəyərləndirib: “Peşəkar şahmatçı kimi hər zaman oynamağı xoşlamışam. Halbuki 40 yaşdan sonra müasir şahmatda rəqabət aparmaq çətindir. Martda Macarıstanda keçiriləcək turnirə dəvət alanda bu dəfə də oynamağa qarar verdim. Düşünürəm ki, bütün idman növlərində olduğu kimi şahmatda da əlamətlərə inanc var. Bu mənada Budapeşti düşərli hesab edirəm. Çünki hələ ötən ilin noyabrın burada keçirilən yarışda qalib olmuşdum. Bu turnirin orta əmsalı 2400 civarında idi. Çin, Rusiya, Hindistan, Meksika, Macaristan və Monqolustan şahmatçıları iştirak edirdilər. Bütün turnir məsafəsini məğlubiyyətsiz keçdim, dairəvi yarışlarda bu çox vacib amildir - 4 qələbə və 5 heç-heçə. Son illər Hindistanda şahmat sürətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, 2-ci və 3-cü yerləri elə bu ölkənin təmsilçiləri tutdu”.

Mirzoyev gələcək planlarından da bəhs edib: “Qarşıda “Baku Open” və bu ildən isə yenilik olaraq, “Azərbaycan Şahmat Turu” gözlənilir. Bu yarışların bəzilərində iştirak etməyi düşünürəm”.

Qeyd edək ki, Mirzoyev “SixDays Budapest March 2025”da qrossmeysterlərin B yarışının qalibi olub. Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı iştirak edib.

İdman.biz


Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930