
Şahmat / Gündəm
29.03.2025, 18:00
Mirzoyev Budapeştdə liderliyini qoruyur
Azərbaycan şahmatçısı Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən "SixDays Budapest March 2025" turnirində liderliyini qoruyur.
Forvard.az xəbər verir ki, o, qrossmeysterlərin B yarışında səkkizinci turda Sergey Sklokinlə (FIDE) heç-heçə oynayıb.
Mirzoyev altı xal toplayıb və əlavə göstəricilərdə Krişnanı (Hindistan) qabaqlayır.
Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı çıxış edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay