Azərbaycan futbolçusunun yerli azarkeşlərə “susun” deməsi qədər absurd nə ola bilər axı? Təsəvvür edin, elə bir futbolu olan ölkənin top qovanısan ki, indiyə qədər biabırçı nəticələrin ard-arda düzülür. Hər oyun “məmə” deyəndən “pəpə” deyənə qədər dişinin dibindən çıxanı futbolçulara deyir. Nə qədər xarici mütəxəssis gəldi, illər keçdi, AFFA rəhbərləri dəyişdi, amma nəticələr eynidir. Çünki Azərbaycan futbolunda belə “sus” göstərəcək qafaya sahib olan şəxslər var.
A kişi, kimə sus deyirsən? Səni qəhrəmana çevirən millətinə? Yoxsa səni tənqid edənlərə? Axı sən nə etdiyinin fərqindəsənmi? Sən elə bilirsən “Qarabağ”la hansısa yarım-yapalaq nəticə əldə etməklə beton tökmüsən? “Qarabağ”ın uğurları Azərbaycan futbolu ilə müqayisədə uğurdur. Lap əvvələ bunu yaz, Nəriman Axundzadə! Üstəlik, sənə güvənən, səni azarkeşlərə sevməyə rəvac verən hocandan az da olsa, nəsə öyrənməyində fayda var. Axı az qala bütün günü görürsən. Ay Nəriman kişi, beyninin bir küncündə yuxarılarda sancaqla ki, Azərbaycan çempionatında qol vurmusan. Azarkeş üzünə həsrət qalan, insanların futbol haqqında xəyallarını puç edən futbolumuzun nümayəndəsisən. Sənin heç qol vuranda canfəşanlıq etməyə haqqın yoxdur!
Azarkeşlərini ürək xəstəsi edən Azərbaycan futbolunun top qovanları aldığı o boyda maaşın bir hissəsini hər ay kənara ayırmalıdırlar. Nəyə bilirsənmi, ay Nəriman? Əhalinin müalicəsinə. Absurd gələ bilər, elə sənin “sus” deməyin qədər absurddur. Ayıbdır, futbolçu daxilən böyüməlidir ki, zahirdə özünü göstərsin. Günah səndə deyil, ay Nəriman, günah “sus” dediklərinin 2 dəqiqədə səni qəhrəman elan etməklərindədir.
Onsuz da insanları peşman edə-edə gedirsiniz, bu da dərs olsun, dərs olsun ki, gələn dəfə sən və sənin kimilərə dəstək göstərməsinlər. Komandanın, yaxud Azərbaycanın uğuru kimi hansısa qola sevinsin, keçsin. Elə ona görə sənin adın Avropa klubu ilə yan-yanaa gələndə bunu ələ salanlar tapılır. Bilirlər ki, belə “sus” deyəcək beynin sahibi ya oralara gedə bilməyəcək, ya gedib tezliklə geri dönəcək. Yaxşısı budur bir də özünü biabır etmə, “sus”, ay Nəriman, “sus”...

Ağa Dadaşzadə
Forvard.az



Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930