
Futbol / Gündəm
26.09.2024, 10:07
Səfir "Tottenhem" - "Qarabağ" oyununu stadiondan izləyəcək
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Qarabağ"ın İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçını tribunadan izləyəcək.
Londondakı qarşılaşmada komandanı 1000-ə yaxın azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün "Tottenhem Hotspur" stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay