
Futbol / Manşet / Gündəm
26.09.2024, 09:34
"Qarabağ" bu gün "Tottenhem"lə üz-üzə gələcək
UEFA Avropa Liqası: Qarabağ bu gün İngiltərədə Tottenhemlə üz-üzə gələcək
"Qarabağ" bu gün UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubu ilə üz-üzə gələcək.
Forvard.az xəbər verir ki, Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.
"Tottenhem Hotspur" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
23:00. "Tottenhem" (İngiltərə) - "Qarabağ"
Baş hakim: Villi Delajo (Fransa).
London, "Tottenhem Hotspur" stadionu.
Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda “Ferentsvaroş"un qonağı olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay