
Toral Bayramov, sən Rəşad Sadıqovdan artıq deyilsən!
Ötən gün milli komandamız növbəti yoxlama oyununu keçirib.
Bakıda Belarusla üz-üzə gələn kollektiv növbəti acı məğlubiyyətini alıb.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra özünü Messi, Ronaldo hesab edən milli futbolçularımız özlərində üzr istəmək cəsarətini, böyüklüyünü tapmayıblar. Sanki aldıqları böyük məvaciblərlə hamıdan yaxşı yaşayan, ən pis nəticəni verən bunlar deyil.
Azərbaycanın "ən güclüsü" kimi sırınan Toral Bayramovun Haiti görüşündən sonra ki, biabırçı açıqlamasını hər kəs izlədi. Belarusla oyunda rəqib futbolçular Toralı o üzə, bu üzə göndərib açıq-aşkar topsuz qoyurdular. Futbolçu kimi avrokuboklarda təsadüfi bir neçə oyunla və milli çempionatdakı oyunu ilə dillərə düşən Bayramovun axır ki, güclü futbolçu olmaması ilə yanaşı peşəkar idmançı xarakterindən yoxsul olmasını da gördük.Toral, sən nə Rəşad Sadıqovdan, nə də aranızdan bir cəsarətli yerli futbolçunun dilə gətirə bilməyib, yerinizə xalqdan üzr istəyən Mert Çelikdən artıq deyilsən. Tiktok-da hər həftə hansısa mövzu ilə gündəmə gəlirsən, bu gedişlə futbolu unudub şou-bizneslə məşğul olsan heç də təəccüblənmərik. Azarkeşlər sənə inanırsa, inamı doğrult, etibarı yerə sərmə! Bacarmırsansa, milli komandanın formasını geyinmə, bir daha böyük məsuliyyəti üzərinə götürmə. O zaman azarkeşlər sənə daha çox hörmət edər.
Azərbaycan futbolunun ən yaxşı futbolçularından olan Rəşad Sadıqovdan örnək götürün. O sizin üçün nümunədir. Ondan sonra milli komandada layiqincə kapitan sarğısını daşıya bilən futbolçu çox təssüf ki, tapılmır. Ancaq Sadıqov ilk növbədə futbolçu kimi meydanda əzmkarlıq nümayiş etdirib, məğlubiyyət olanda da xalqdan üzr istəyib. Bu davranışlarına görə Rəşad Sadıqov xalqın rəğbətini qazanıb.
Siz isə belə hərəkətlərlə özünüzü uçuruma aparırsınız...
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay