Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdur. Sadəcə bizim iki çox dəyərli jurnalistimiz buradadır. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub. Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədir. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədir. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq".

Forvard.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin "Tottenhem"ə qarşı matçından əvvəl keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- 2015-ci ildə "Qarabağ" Londonda "Tottenhem"ə 1:3 uduzmuşdu. Həmin oyunu necə xatırlayırsız
?

- Həmin matç tam olaraq yadımdadır. Bəli, 1:3 uduzmuşduq. O vaxt da "Tottenhem" yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü "Tottenhem" daha dinamik, daha sürətlidir. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı "Tottenhem"lə indiki tamam fərqlidir. Tam fərqli oyun fəlsəfəsi var.

- "Dinamo"(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxları yaxşı ki, "Qarabağ"ın ÇL-də olmadığı fikirlərini səsləndirdi. Bu fikrə münasibətiniz necədir?

- Məncə, bu barədə düşünmək artıq gecdir. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalarıdan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardır. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Əgər bu gün AL-də oynayırıqsa, o barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çxodur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq.

- "Tottenhem" haqda sirr aça bilərsiz?

- Xeyr, açılacaq sirr yoxdur. Rəqibin sirləri çoxdur. Bu barədə hansısa fikir bildirə bilməyəcəm.

Sportall.az


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728