
Futbol / Gündəm
25.03.2025, 10:16
Şahrudin Məhəmmədəliyev millidən buna görə uzaqlaşdırıldı ÖZƏL
Qapıçısı Şahrudin Məhəmmədəliyev millinin heyətindən kənarlaşdırılıb.
Forvard.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb.
Ancaq saytımıza daxil olan məlumata görə, Şahruddin Azərbaycan - Haiti oyunundan sonra məşqçilərlə mübahisə edib. Komanda daxilində yaranan narazılıq səbəbindən Məhəmmədəliyev komandadan uzaqlaşdırılıb.
Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Qeyd edək ki, milli komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.
Vüsal İmanov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay