
Futbol / Gündəm
24.03.2025, 04:30
Mahir Emreli: “Haiti güclü rəqibdir”
Yığmamız Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda Haiti millisinə məğlub oldu. Həmin qarşılaşmada start heyətində yer alan Mahir Emreli qarşılaşma, çempionatımızla bağlı Forvard.az – müsahibə verdi.
- Haitiyə məğlub olduz, matçla bağlı fikirlərin maraqlıdır...
- Ağır oyun oldu. Bilmirəm, çoxları niyə Haitini zəif rəqib hesab edirdi? Onlar kifayət qədər güclü yığmadır. Haiti seçməsində fərdi oyun baxımından üstün və fiziki olaraq möhkəm oyunçular çoxdur. Bizim üçün də yeni məqamlar oldu. Baş məşqçimizin yoxladığı, görmək istəyi oyunçular da vardı. Hesab edirəm ki, erkən qol buraxmağımız planlarımızı pozdu. Belə olduqda daha çox irəli çıxdıq, nəticədə arxa xətdə boşluqlar verdik, rəqib də bundan maksimum istifadə edərək qapımıza yol tapdı. Haiti ilə qarşılaşmadakı səhvlərimizi analiz edib, növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq.
- Ağadadaş Salyanski, Xəyal Əliev, Şahin Şahniyarov kimi gənc oyunçular yığmaya cəlb olunublar. Sənin fikirncə bu futbolçuları potensialları böyükdürmü?
- Baş məşqçimiz onlara dəvət göndərib, şans verirsə, demək ki, yaxşı potensialları var. Bizdə öz növbəmizdə həmin gənclərə millidəki atmosferə adaptasiya olmaları üçün köməklik edirik. Ümid edirəm ki, onlar gələcəkdə millimizin əsas üzvlərini çevrilməklə həm yadda qalan oyunlar keçirəcək, həm də yaxşı qollar vuracaqlar.
- Belarus ilə görüşdə nəyə ümid edirsiz?
- Belarus seçməsini hələki analiz etməmişik, bildiyimiz qədər son oyunda böyük hesablı qələbə qazanıblar. İstənilən halda zəif rəqib yoxdur, ona görə bütün matçlara ciddi hazırlaşmalıyıq. Çalışacağıq ki, yığmamızın toplanışını qələbə ilə başa vuraq.
- Almaniyadan çempionatımızı izləyirsənmi və hansı klublarımız avrokuboklara yollanmağa daha şanslıdır?
- Səmimi deyim ki, hazırda Premyer Liqamızın oyunlarını yetəri qədər izləyə bilmirəm. Amma “Qarabağ”ın avrokubok matçlarınını hamısına baxıram. Almaniya II Bundesliqasında həm komanda, həm də oyun sayı çox olduğundan, boş vaxtlarımda maksimum rəqiblərimizi izləməyə, onları axından tanımağa çalışıram. Yəni, boş vaxtım demək olar ki, yoxdur. Elitamızdan cəmi iki görüşü izləmişəm, bunlar Yankoviçin yeganə qolu ilə qalib olan “Neftçi” – “Qarabağ” və tovuzluların əzmkarlıq sərgiləyərək zəfər qazandıqları “Qarabağ” – “Turan Tovuz” oyunlarıdır. Təbii ki, turnir cədvəlindəki xal fərqinə nəzər yetirəndə Ağdam təmsilçisinin bu mövsümdə də çempion olacaqları şübhəsizdir. “Araz-Naxçıvan” ilə “Turan Tovuz”un bu il sərgilədikləri oyunları xoşuma gəlir. Hər iki klubu avrokuboklara getmək şansları var. Ümumi götürəncə çempionatın səviyyəsi bir qədər qalxıb, düşünürəm ki, gələn mövsümdən daha da yaxşı olacaq.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay