“İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi. Futbolçuları tanıyırıq. Düzdür, bəziləri birinci dəfə idi bir yerdə oynayırdılar. İnanıram ki, ilk toplanışımız xeyrimizə olacaq".

Forvard.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Moldova yığması (2:0) ilə keçirilən yoxlama görüşü ilə bağlı danışarkən deyib.

Mütəxəssis 2 gündən sonra Şimali Makedoniya ilə qarşılaşacaqlarını bildirib: "Qısa vaxtda oyunlar keçirmək çox önəmlidir. Qarşıdan gələn ardıcıl rəsmi matçlara hazır olmalıyıq. Moldova ilə görüşdə bəzi futbolçuları yaxından tanımaq imkanım oldu. Təbii ki, seleksiya işlərini davam etdirəcəyik. Növbəti toplanışa yeni oyunçular da dəvət olunacaq. Yayda baş tutacaq hazırlıq zamanı komanda olaraq daha çox artıracağımıza inanıram”.

Baş məşqçi futbolçuların klublarında daha çox oyun şansı əldə etmələrinin önəmindən bəhs edib: “Əlbəttə ki, bəzi çatışmazlıqlarımız var. Futbolçuların öz klublarında az oyun şansı əldə etmələrini Moldova ilə qarşılaşmanın sonlarında hiss etdik. Onlara da demişəm ki, klublarında müntəzəm oynamaq üçün öz üzərlərində çalışmalıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, meydançada məğlubiyyətlə barışmaq olmaz. Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi. Bunları növbəti matçlarda da görmək istəyirik”.

Qeyd edək ki, U-21 hazırlıq çərçivəsində martın 25-də Şimali Makedoniya yığması ilə yoxlama görüşü keçirəcək.


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930