
Toral Bayramov: “Çalışacağıq ki, Belarusla oyunda qələbə qazanaq"
Çətin matç olacağını bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin güclü və zəif tərəflərini təhlil etmişdik”.
Forvard.az Football.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Toral Bayramov Haiti ilə Sumqayıtda keçirilən yoldaşlıq görüşündən (0:3) sonra açıqlamasında deyib.
24 yaşlı cinah oyunçusu qarşılaşmada razı və narazı qaldığı məqamlardan danışıb: “İlk hissədə hesabda 0:1 geridə olsaq da, biz oyun baxımından üstün idik. Qol epizodlarımız daha çox idi. İkinci hissədə irəli atıldıq, qollar vurmaq istədik ki, qələbə qazanaq, amma alınmadı. Üç gün sonra Belarusla oyunumuz var. Çalışacağıq ki, qələbə qazanaq".
Bayramov Haiti millisinin vurduğu qollara da münasibət bildirib: "Dediyim kimi, rəqibin güclü tərəflərini bilirdik. Əks-hücumlardan və standart vəziyyətlərdən istifadə edən komandadır. Qolları da belə vurdular. İstəməzdik ki, bu cür olsun. Çalışacağıq ki, gələcəkdə belə qollar buraxmayaq".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay