Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.

Forvard.az xəbər verir ki, matç millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Fernandu Santuş görüşlə bağlı fikirlərini bildirib:

- Bu heyəti yuxunuzda görsəydiz, heyəti dəyişərdiz?

- Əlbəttə, dəyişərdim. Əslində, kollektiv məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyundan sonra çox şey demək olar. Düşünürəm ki, bu gün komanda meydançaya məğlub olmağa çıxmışdı. Qələbə üçün oynamırdı. Birinci hissədə daha yaxşı idik. Qol epizodlarımız oldu, vura bilmədik. Fasilədən sonra isə hücum xətti üçün yeni oyunçular buraxdıq. Cinah ötürmələrindən yararlanmaq niyyətindəydik. Yarımmüdafiədəki dəyişiklik də, intensivliyi artırmaq üçün idi. Amma buraxdığımız ikinci qoldan sonra komanda ruhdan düşdü. Futbolçular nələrsə etməyə çalışdılar, amma alınmadı.

- Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq görüşündə meydandan qovuldu. Necə şərh edərdiz?

- Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir şeyə görə oyunçunu öldürə də bilmərik.

- Deyirdiz ki, gələcəyin komandasını qurursunuz. Lakin heyətdə üç rus, 1 türk futbolçu var. Həmin oyunçuların da üçünün yaşı 30-dan yuxarıdır. Gələcəyin komandasını onlarla qurursuz?

- Ozancan Kökçünün 27, Şahruddin Məhəmmədəliyevin 29 yaşı var. Təbii ki, inkişaf istəyiriksə, təcrübəli oyunçulardan da istifadə etməliyik. Millidə gənclər də yer alıb. Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev çox təcrübəli və güclü futbolçulardır. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

- Qarşıda Belarusla görüş var. Həmin matçda heyətdə dəyişikliklər edəcəksiz? Məsələn, "Qəbələ"dən dəvət etdiyiniz Şahin Şahniyarovu meydanda görəcəyik?

- Təbii ki, Belarusla görüşdə dəyişikliklər olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. Onun istedadlı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 oynamaq istəyirdik, lakin alınmadı.

- Haitinin üçüncü qolundan sonra yerli fanatlar onları alqışlayırdı...

- Futbolda belə hallar da olur. Fanatlar da millimizdən qalibiyyət gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, rəqib azarkeşlər bizi alqışlayar.

- Artıq bir ildir ki, Azərbaycan millisində işləyirsiz. Milli komandada nəyi dəyişə bilmisiz?

- İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişikliklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.


Son xəbərlər

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

"Real" Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930