
Okeanın o tayından ilk QONAQ - STATİSTİKA
Azərbaycan millisi bu gün növbəti oyununu Haitiyə qarşı keçirəcək.
Forvard.az xəbər verir ki, Sumqayıtdakı yoldaşlıq görüşü ilklə əlamətdar olacaq.
Tarixdə ilk dəfə Azərbaycan millisi okeanın o tayından olan komandanı qonaq edəcək. Haiti yığmamıza rəqib olan 5-ci KONKAKAF təmsilçisidir.
Komandamız Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsindən olan rəqiblərlə 5 dəfə görüşüb. Trinidad və Tobaqo ilə ABŞ-a qarşı matçlar səfərdə keçirilib. Kanada və Hondurasla oyunlara Avstriya ev sahibliyi edib.
Bu 5 matçdan üçündə uduzan millinin qazancı 2 heç-heçə olub. Qələbəsiz qalan yığma 1 top vurub və 6 qol buraxıb. Yeganə qola Dmitri Nazarov imza atıb.
Millimiz KONKAKAF təmsilçilərinə qarşı:
21 yanvar 2005. YO. Trinidad və Tobaqo – Azərbaycan - 1:0
23 yanvar 2005. YO. Trinidad və Tobaqo – Azərbaycan - 2:0
2 iyun 2010. YO. Honduras - Azərbaycan - 0:0
28 may 2014. YO. ABŞ - Azərbaycan - 2:0
3 iyun 2016. YO. Azərbaycan – Kanada - 1:1
Qeyd edək ki, Azərbaycan – Haiti oyunu martın 22-də keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay