
AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmilərinə sərt cəza – bölgə klubu yarışlardan kənarlaşdırılıb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Forvard.az xəbər verir ki, qurum U-13 və U-14 Liqalarında çıxış edən “Hindarx” komandaları ilə bağlı qərar verib.
Hər iki komandanın heyətində lisenziyası saxtalaşdırılmış futbolçular çıxış etdiyinə görə həmin oyunçuların meydana çıxdığı bütün matçlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Hindarx” yarışlardan kənarlaşdırılıb.
Ağcabədinin digər klubu “Olimpiya”nın rəsmisi Orxan Mehman oğlu Əliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb. “Hindarx” rəsmisi Samiq Raqif oğlu Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən uzaqlaşdırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay