
Futbol / Gündəm
22.03.2025, 16:30
AFFA sənədləri saxtalaşdırılan futbolçuların çıxış etdiyi klubları yarışlardan kənarlaşdırıb
AFFA "Hindarx" (Ağcabədi) klubunun U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan kənarlaşdırıb.
"Forvard.az" xəbər verir ki, buna komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.
Həmin futbolçuların 2024/2025 mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa, "Hindarx" komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay