
Futbol / Gündəm
22.03.2025, 16:00
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.
"Forvard.az nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutan toplantıda bir neçə məsələ müzakirə olunub.
- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay