İstəyirəm ki, millimiz Haiti və Belarus yığmalarına qarşı hücum futbolu sərgiləsin.

Bunu "Forvard.az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.

48 yaşlı mütəxəssis yığmanın bu gün Haiti ilə keçirəcəyi yoldaşlıq oyununu dəyərləndirib:

"Yoldaşlıq görüşləri də olsa, qələbə qazanmalıyıq. İstənilən halda, qalibiyyət futbolçulara əlavə ruh yüksəkliyi verəcək. Nəzərə alaq ki, son qarşılaşmalar heç də ürəkaçan olmadı. Xüsusi ilə Millətlər Liqasında yığma yaxşı oyun göstərmədi. Birmənalı şəkildə hücum futbolu sərgiləməliyik. 6-7 oyunçu ilə müdafiədə qalmağın mənası yoxdur. Yığma məğlub olsa belə, mübarizə aparıb uduzmalıdır. Həqiqətən komanda yaxşı oyunayıb uduzanda tənqidlər də az olur. İnanıram ki, həm Haiti, həm də Belarus komandalarına qarşı məzmunlu oyun nümayiş etdirə biləcəyik".

O, Fernandu Santuşun I Liqada çıxış edən "Qəbələ"nin futbolçusu Şahin Şahniyarovu heyətə cəlb etməsinin müsbət hal olduğunu vurğulayıb:

"2005-ci ildə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres belə bir addım atmışdı. O, həmin vaxt I Liqada çıxış edən Mahir Şükürovu heyətə cəlb etmişdi. Demək olar ki, Mahiri milliyə qazandıran Torres olmuşdu. Ona görə də millinin qapıları hər bir istedadlı futbolçunun üzünə açıq olmalıdır. Fernandu Santuşun da gənc oyunçuları, o cümlədən I Liqada çıxış edən futbolçunu heyətə dəvət etməsi yaxşı haldır. Lakin çox istəyərdim ki, həmin futbolçuları ad xatirinə yox, həqiqətən meydana buraxmaq üçün çağırsın. Heç olmasa, son 10-15 dəqiqədə şans qazansınlar və millidəki ab-havanı hiss etsinlər".

Qeyd edək ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq. Komanda bundan 3 gün sonra "Bank Respublika Arena"da Belarusu sınağa çəkəcək.


Son xəbərlər

Londonun Olimpiya Oyunlarını keçirəcək?

Avarçəkmə yenidən Qarabağda- Füzulidə!

"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

“Çempionların savaşı” turnirinin açılışı oldu

UEFA-nın dəstəyi ilə Qubada “Qızlar Futzal Kuboku” keçirilib

NBA çempionu vəfat edib

Azərbaycan Güləş Federasiyası Qazaxda tədbir keçirib

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

"Sabah" çempion oldu

"Sabah" çempion oldu

"Kəpəz" legioneri ilə yollarını ayıracaq

Mahmud Qurbanovdan rekordunun təkrarlamasına MÜNASİBƏT

Oskar Piastri - Yeni Lider

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Region Liqasında 1/8 finalın oyunları keçirilib

"Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm"

Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Turizmin beşiyi olan tarixi kəndlər

Mahmud Qurbanovun rekordu təkrarlandı

“Bahar turniri”nin qalibi müəyyən olub

“Tottenhem” Premyer Liqada ən pis nəticəsini təkrarlayıb

"Neftçi" "Sumqayıt"la üz-üzə

"Liverpul" 20-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu

Elvin Məmmədov: "Biz ümidimizi itirmirik, niyə də olmasın?"

"Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir"

"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilməyib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Əbədi və barışmaz rəqibinə çatıb - 55 çempionluq

"Qəbələ"nin sabiq futbolçusu: "Bu komandanın ürəyimdə yeri tamam başqadır"

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930