
Futbol / Gündəm
25.09.2024, 17:00
“Araz-Naxçıvan” – “Səbail” oyunun yeri dəyişdirilib - SƏBƏB
Azərbaycan Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” görüşü Sumqayıtda yerləşən “Kapital Bank Arena”da keçiriləcək.
İdman.biz xəbər verir ki, “Liv Bona Dea Arena” stadionunun qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndinə uyğun olaraq bu qərar verilib.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də saat 19:00-da başlanacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay